Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox
[center]
[/center]
Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır.
Bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.
Diplomat Moskvanın belə bir görüş üçün məqbul yer olmadığını qeyd edib.
Melnik deyib ki, Ukrayna tərəfi Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqların nəticələrini gözləyir.
“Görək Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar hansı nəticələri verəcək. Ancaq bir məsələ aydındır: ən yüksək səviyyədə sammit olmadan siyasi irəliləyişə nail olmaq çətin olacaq. Məhz buna görə də Ukrayna Prezidenti Putinlə ilk fürsətdə görüşməyə hazırdır – istər dekabrda Floridada, istər G20 sammiti çərçivəsində, istərsə də dünyanın hər hansı başqa yerində, lazım gələrsə, hətta Antarktidada. İstənilən yerdə, yalnız Moskvada yox”, – Melnik vurğulayıb.