Bakı Weather --°C
|

Serbiya səfirinə "Dostluq" ordeni təqdim olunub

10.11.2026 13:54 | 0

[center]Serbiya səfirinə "Dostluq" ordeni təqdim olunub[/center]
Serbiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavlyeviçə "Dostluq" ordeni təqdim olunub.

Ordeni Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov səfirə təqdim edib.

Görüş zamanı, ilk öncə Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə Azərbaycan Prezidenti tərəfindən "Dostluq" ordeni ilə təltif olunmuş səfirə orden təqdim olunub və təbrik mesajı çatdırılıb.

Səfir bu ali mükafatla təltif olunmağına görə dərin minnətdarlığını bildirib, bunu iki ölkə arasında əlaqələrə verilən yüksək qiymətin təzahürü kimi dəyərləndirib.

Daha çox xəbər