Bakı Weather --°C
|

Bakıda 2 nəfər prokurorluqdan xaric edilib, 1 nəfər vəzifədən azad olunub

21.01.2026 17:19 | 4

[center]Bakıda 2 nəfər prokurorluqdan xaric edilib, 1 nəfər vəzifədən azad olunub[/center]
Ötən il Bakıda xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılmış, belə ki, şəhər prokurorluq orqanları əməkdaşlarından ümumilikdə 6 nəfər intizam məsuliyyətinə cəlb olunub.

Bu barədə Bakı Şəhər Prokurorluğunda 2025-ci ildə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsində bildirilib.

Onlardan 2 nəfər prokurorluq orqanlarından xaric edilib, 1 nəfər isə tutduğu vəzifədən azad olunub.


Daha çox xəbər