Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
[center]
[/center]
[/center]Azərbaycan və ABŞ-nin "Brookfield Asset Management" şirkəti arasında enerji keçidi və enerji saxlancı, bərpa olunan enerji məsələləri nəzərdən keçirilib.
Bu barədə Mikayıl Cabbarov "X" hesabında paylaşım edib
M. Cabbarovun sözlərinə görə, bu barədə müzakirələr İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində şirkətin baş icraçı direktoru Konor Teski ilə görüşündə apaılıb.
O bildirib ki, şirkətin real aktivlərə yönəlmiş qlobal investisiya fəaliyyəti nəzərə alınmaqla, mövcud əməkdaşlıq çərçivəsində ölkəmizdə investisiya baxımından maraq doğuran sahələr və mümkün layihələr barədə fikir mübadiləsi aparılıb: Həmçinin rəqəmsal infrastruktur və digər istiqamətlərdə investisiya imkanlarının araşdırılması məsələlərini nəzərdən keçirdik".
Bundan başqa, AIIF 2026 çərçivəsində M. Cabbarov "Vista Equity Partners" şirkətinin təsisçisi və sədri Robert F. Smith ilə görüşüb. Görüşdə Azərbaycanın investisiya potensialı, ölkədə həyata keçirilən iqtisadi islahatlar və beynəlxalq investorlar üçün yaradılan imkanlar barədə fikir mübadiləsi aparılıb.
Qlobal maliyyə bazarlarında yaranan yeni imkanlar və onların Azərbaycan iqtisadiyyatına investisiyaların cəlb edilməsi baxımından yaratdığı perspektivlər müzakirə olunub.
Tərəflər qarşılıqlı maraq doğuran yeni investisiya istiqamətlərini nəzərdən keçirib, Azərbaycan ilə "Vista Equity Partners" arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.