Bakı Weather --°C
|

İngiltərənin cənubunda miqrantlara qarşı keçirilən aksiyada 6 nəfər saxlanılıb

23.09.2026 19:00 | 1

[center]İngiltərənin cənubunda miqrantlara qarşı keçirilən aksiyada 6 nəfər saxlanılıb[/center]
Böyük Britaniya polisi İngiltərənin cənubunda miqrantlara qarşı keçirilən aksiyada 6 nəfəri saxlayıb.

Bu barədə Hempşir polisindən bildirilib.

Məlumata görə, sentyabrın 22-si axşam saatlarında yüzlərlə insan dənizdə bir sutkadan çox vaxt keçirmiş miqrantların olduğu qayığın şəhərə girişinə etiraz əlaməti olaraq Qosportda mitinqə çıxıb. Nəticədə qayıq sentyabrın 23-ü səhər saatlarında Duvr limanına çatıb.

"Gəminin hərəkətini diqqətlə izləyən ictimaiyyət nümayəndələri Qosport və Portsmutda etiraz aksiyalarına çıxıblar... 6 nəfər həbs edilib", - hüquq-mühafizə orqanlarının əməkdaşları vurğulayıblar.

Qeyd olunub ki, polislə toqquşmalar qayığın başqa şəhərə gedib çatdığı məlum olandan sonra yekunlaşıb.

Qayıq sentyabrın 21-i səhər saatlarında Normandiya sahillərindən yola düşüb. Onu Fransa sahil mühafizə gəmisi izləyib. Fransa rəsmiləri bildiriblər ki, qayıqdakı insanlar köməkdən imtina ediblər və nəyin bahasına olursa-olsun Britaniyaya getmək niyyətində olublar.

Daha çox xəbər