Bakı Weather --°C
|

Ərdoğan Şavkat Mirziyoyevi COP31-ə dəvət edib

24.07.2026 18:30 | 2

[center]Ərdoğan Şavkat Mirziyoyevi COP31-ə dəvət edib[/center]

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə telefon danışığı aparıb.

Bu barədə Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyə-Özbəkistan münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan oktyabrın 29-30-da Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, Mirziyoyevi noyabrın 11-12-də Antalyada keçiriləcək COP31 İqlim Sammitinə dəvət edib.

Daha çox xəbər