Bakı Weather --°C
|

Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub

24.07.2026 13:08 | 1

[center]Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub[/center]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Kirov şəhərindəki əsas hərbi müəssisələrdən birinə, eləcə də təxminən 1 350 kilometr məsafədə yerləşən neft obyektinə zərbə endirib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında məlumat verib.

"Bu gün Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Kirov şəhərindəki mühüm hərbi müəssisələrdən birini vurub. Bu müəssisə Rusiyanın aviasiya və raket texnikası üçün komponentlər tədarük edir", - o qeyd edib.

V.Zelenski həmçinin bildirib ki, Ukrayna qüvvələri ölkə sərhədindən təxminən 1 350 kilometr məsafədə yerləşən neft obyektinə zərbə endirib.

Onun sözlərinə görə, Rusiya ordusunu dronlar üçün komponentlər, naviqasiya avadanlıqları və s. ilə təmin edən Rusiya logistikasına qarşı əməliyyat da davam edir.

Daha çox xəbər