Bakı Weather --°C
|

Rusiyanın Kiyevə zərbələri nəticəsində bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb

19.07.2026 10:30 | 3
[center]Rusiyanın Kiyevə zərbələri nəticəsində bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb[/center]
Rusiya qoşunlarının pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərin tətbiqi ilə Kiyevə etdiyi gecə hücumlarında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb.
Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən məlumat verilib.
Məlumata əsasən, Ukrayna paytaxtının Solomyansk, Şevçenko, Svyatoşin, Desnyan və Dnepr rayonlarında vurulma halları və yanğınlar qeydə alınıb.
Yaşayış və qeyri-yaşayış sahələri, avtomobillər, həmçinin yataqxana binası zərbələrə məruz qalıb.
Hadisə yerlərində aidiyyəti qurumlar işlərini davam etdirir.

Daha çox xəbər