Bakı Weather --°C
|

Şimali İrlandiya və Şotlandiyada yüzlərlə məktəb partlayış təhdidi ilə üzləşib

11.11.2026 17:44 | 2

[center]Şimali İrlandiya və Şotlandiyada yüzlərlə məktəb partlayış təhdidi ilə üzləşib[/center]
İtaliya məktəblərinin ardınca, Şimali İrlandiya və Şotlandiyada da yüzlərlə təhsil müəssisəsi partlayış təhdidi olan məktublar alıb.

Bu barədə "Sky news" telekanalı məlumat yayıb.

Bildirilib ki, Şimali İrlandiyada 300-dən çox məktəb, Şotlandiyada isə 470 təhsil müəssisəsi təhdid məzmunlu elektron məktublar alıb.

Şimali İrlandiya və Şotlandiya polisi daxil olan təhdidlərlə əlaqədar araşdırma aparır. Orta məktəblərin rəhbərliklərinə sayıq olmaq və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməklə bağlı tövsiyələr göndərilib.

Daha çox xəbər