Bakı Weather --°C
|

Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib

25.09.2026 11:33 | 0

[center]Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib[/center]
Tacikistanın Baş naziri Koxir Rasulzoda Bakıda Zəfər parkını ziyarət edib.

Burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Tacikistanın Baş naziri Zəfər abidəsinin önünə əklil qoyub.

Qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Daha çox xəbər