DOSTUNU XİLAS EDƏNDƏ...

( Hekayə )
Yazın ilk ayı idi. Hərbi xidmətə çaǧırış başlamışdı. Türkmana da harbi komissarlıqdan çaǧırış vərəqəsi gəlmişdir. O, bir neçə gündən sonra hərbi komissarlıǧa getdi. Hərbi komissarlıqdan bildirdilər ki, beş gündan sonra hazırlıqlı gəlin. Türkman sevinərək valideynlərinə dedi ki, beş gündən sonra əsgər gediram. Atası Yolçu bu xəbərə həm sevinirdi, həm də narahatçılıq keçirirdi. Yolçu oǧlunun əsgərliyə getməsini şadyanalıq etmək üçün bazara gedib yaxşı bazarlıq edir. Bütün tədarükləri görür. Rahimə xanım qızları Türkanə va Türkanla süfrə hazırlayır, biş-düş edirlər. Axı ana oǧlunu, bacılar isə qardaşını hərbi borcunu verməyə yola salacaqdılar. Vaxta az qalmışdı. Qonaqlar - yaxınlar, qonşular, sinif yoldaşları və ona dərs deyən müəllimlərdən bir neçə nəfəri Türkmanın əsgərliyə getmə mərasimində iştirak edirdilər. Yolçu oǧlunun şadlıǧına yıǧışan insanlara “xoş gəldin” dedi, kövrək səsləri göz yaşları əvəz etdi. Bir qədər susandan sonra:
- Ay qohumlar, qonşular, məni baǧışlayın. Bu göz yaşları sevinc göz yaşlarıdır. Hər bir valideynin arzusudur oǧlu Vətənə olan borcunu versin. Bu gün mən də öz istəyimə, arzuma çatdım. Oǧlum Türkmanı Vətənin borcunu verməyə, kişilik məktəbindən keçməyə yola salıram. Arzum budur ki, elinin, obasının, müəllimlərinin başını uca etsin.
- Nəsib müəllim dedi ki, mən va burada iştirak edən müəllim yoldaşlarım adından deyiram ki, Türkmana üç il dərs demişik. Onun təlim-tərbiyəsinə görə valideynlərinə saǧ olun deyirəm. O, əsl vətənpərvər oǧlandır. Biz hər zaman belə şagirdlərimizlə fəxr edirik. Saǧ-salamat gedib saǧ-salamat qayıtsın. Qonşusu Kamal kişi bildirdi ki, Türkman bizim gözümüz önündə böyüyüb. Saǧ olsun, həmişə böyük-kiçik yerini bilib. Bu yaşında özüna göra hörmət qazanıb. Allaha əmanət olsun.
Heç vaxt bizi unutmasın.
Qonaqlar yavaş-yavaş evlərinə gedirdilər. Yolçu Rahimə xanıma üzünü tutub dedi ki, dur, uşaǧın yataǧını düzəlt. Səhər tezdən yola çıxacaq, dincəlsin. O da qızına səsləndi:
- Ay qızım, qardaşının yerini hazırla, gedib dincəlsin.
- Ay ana, yeri hazırdı!
- Sənə qurban olum, get dincəl, səhər tezdən duracaqsan.
- Oldu! gecəniz xeyrə qalsın.
- Xeyrə qarşı, başına dolanım.
Türkman gecəni yata bilmədi. Yerində o yana-bu yana çevrildi.
Səhər tezdən Rahimə ana oyandı, çayniki doldurub qazın üstüna qaynamaǧa qoyub, süfrə hazırladı. Süfrədə Vilayət babasının göndərdiyi təmiz arı balı, yaǧ, pendir vardı.
Türkman durub əl-üzünü yuyub, mətbəxə keçdi. Anası Rahimə xanımın boynunu qucaqlayıb dedi:
- Deyəsən gecəni yatmayıb, səhər yeməyi hazırlamısan.
Kim yeyəcək bunu? Mən bir tikə yeyəcəm.
- Başına dolanım, yol gedəcəksən, yaxşı çörək ye. Yolçu mətbəxə girib:
- Məni nə üçün oyatmamısan?
- Ay ata, neçə gündür yorǧunsan. Ona görə oyatmaq istəmədim. Dedim ki, dincələsən.
- Artıq vaxtdır. Mən özüm gedəcəm.
- Yox, mən də səninlə gedəcəm. Aparım yola salım, rahat olum.
- Hə, ay ana, saǧ olun, - deyib anasının boynunu qucaqlayıb, üzündən öpüb, bacılarının hərəsinin boynuna bir qolunu salıb, alınlarından öpüb ayrıldı.
Rahimə ana bir qab su doldurub arxasınca atdı. Gözləri doldu.
- Aǧlama, ay ana, - deyib maşına əyləşdi. - Ay ata, dayanacaqda saxla, mən düşüm, avtobusla gedəcəm. Sən qayıt evə, qoyma anam aǧlasın. Yoxsa aǧlamaqdan gözü tutulacaq.
- Onda avtovaǧzala kimi aparım. Oradan yola salıb qayıdaram.
- Yaxşı, oldu, gedək avtovaǧzala.
Sumqayıt şəhərinə gedən avtobusa əyləşib, sürücüdən xahiş etdi ki, ona “N” saylı hərbi hissənin yaxınlıǧında bildirsin.
- Oldu, keçin əyləşin. Çatanda deyəcəm.
Türkman Sumqayıt şəhərindəki “N” saylı hərbi hissədə xidmətini davam etdirirdi. Həftədə bir dəfə evlə telefon əlaqəsi yaradıb danışırdı. Əsgərlik xidmətindən, komandirlərindn çox razılıq edirdi. Artıq bir il keçdiyini bildirirdi. O, böyük arzularla yaşayırdı. Hərbi xidmətindən sonra ali təhsil almaq va gələcək planları haqqında düşünürdü. Sentyabr ayının 27-də erməni separatçılarının qəflətən Vətənimizə etdiyi hücum zamanı hamı bir nəfər kimi silaha sarılıb, Vətənin müdafiəsinə qalxır. Həmin vaxt Türkman da silaha sarılır, Vətənin müdafiəsinə yola düşür. O, atasına zəng edib deyir ki, ata, mən və bütün hərbi hissədəki əsgərlər cəbhəyə gedirik, məndən nigaran qalmayın. Bizim bir amalımız var: “Ya şəhid olacaǧıq, ya da qazi”. Ay ata, səndən xahiş edirəm, cəbhəyə getməyimi anama və bacılarıma bildirmə.
- Ay oǧul, indi haradasan?
- Ata, heç nə demək olmaz. Sonra danışarıq. Əlaqə kəsilir.
Türkman Füzuli-Cəbrayıl rayonları istiqamətində gedən
döyüşlərə qatılır. Azarbaycan Ordusunun hər gün qazandıǧı uǧurlar əsgərlərimizi daha da ruhlandırır. Cəbrayıl şəhərinin azad olunmasından sonra Türkman evlərinə telefon açır. Atası Yolçu, anası Rahimə, bacıları ila danışır. Yenə atasından xahiş edir ki, mənim döyüş bölgəsində olduǧumu anama bildirməyin. Hər kəsə məndən salam söylə.
“Eh, ay oǧul, harada olduǧunu məndən nəyə görə gizlədirsən, nə üçün demirsən?” - öz-özüna danışa-danışa küçəyə çıxır. Bilsəydim haradadır gedərdim. Yolçunu qonşusu Mustafa müəllimin səsi diksindirdi:
- Ay qonşu, salam.
- Salam, Mustafa müəllim.
- Türkmandan nə xəbər var, necədi? Təzəlikcə heç zəng edib danışmısınızmı?
- Zəng edir, elə bir az bundan qabaq danışdım, ay Mustafa müallim. Döyüş bölgəsindədir. Ancaq heç nə demir. Elə deyir ki, məndən nigaran qalmayın. Hər şey yaxşıdır.
- Ay qonşu, fikir etmə, inşallah hər şey yaxşı olar. O, çox qoçaq oǧuldu, bizim fəxrimizdi.
Yolçu Mustafa müəllimlə saǧollaşıb evə keçdi. Ancaq ata ürəyi dözə bilmirdi, özünə yer tapmırdı, televizoru açıb cəbhə xəbərlərinə baxırdı. Ali Baş Komandanın verəcəyi şad xəbəri gözləyirdi. Ali Baş Komandan dedi:
“Bu gün rəşadətli Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi erməni separatçılarından təmizlədi!”.
Yolçunun üzündə təbəssüm olsa da, ürəyində oǧlunu və Azərbaycan əsgərlərini düşünürdü. Onlara dua edirdi. Bir neçə gün idi ki, Türkman zəng etmirdi. Evdə də hamı nigaran qalmışdı. Günorta vaxtı idi, Yolçunun telefonuna zəng gəldi. Zəng edən Türkman idi.
- Salam, ay ata. Necəsiniz? Evdəsənmi?
- Salam, ay oǧul. Biz yaxşıyıq. İşdəyəm. Niyə zəng etmirsən? Hansı bölgədəsən?
- Ata, yer adı demək olmaz. O haqda məndən heç nə soruşmayın. Hər şey yaxşıdır. Qələbə bizimdir. Ermənilər bizim qabaǧımızdan tülkü kimi qaçır. İnşallah, Allahın köməkliyi ilə Xankəndinə, Şuşaya qələbə bayraǧını özüm sancacam.
- Ay oǧul, bəs nə üçün zəng etmirdin, neça vaxt idi.
- Ata, döyüşdə idik, ona görə zəng edə bilmirdim. Hər şey yaxşıdır. Məndən nigaran qalmayın. Saǧ olun. Anam bilməsin ha! - deyib, telefonu söndürdü.
Eh, ay oǧul, nə vaxta qədər gizlədim anandan, bacılarından. Ürayimiz sənin yanında qalıb. Ürəyinda öz-özüna danışa-danışa maşının yanına getdi. Yol boyu elə fikirləşirdi. Yolçu evə gələndə toran düşmüşdü. Rahimə sevinərək bildirdi ki, Türkman zang etmişdi, xeyli danışdıq. Səni soruşdu. Dedim ki, işdədir. Dedi ki, telefonuna zəng çatmır.
- Hə, düz deyir. Nə danışdı, haradadır, neçə vaxtdır zang etmir.
- Dedi ki, hərbi hissəmizi dəyişiblər, ona görə gec-gec zəng edirəm. Məndən narahat olmayın, - deyib telefonu söndürdü. Ancaq mən çox narahatam. Ürəyimə damıb ki, onu da döyüşə aparıblar. Səsi heç xoşuma gəlmədi.
- Əgar elə şey olsaydı, mənə zəng edib deyərdi. Onları təlimə aparırlar. Ola bilsin təlimdən qayıdandan sonra zəng edib. Ona görə səsi xoşuna gəlməyib, yorǧun olub.
- Heç nə deyə bilmərəm. Allah bu ermənilərin bəlasını versin.
- Amin!
- Televizorda təzə bir xəbər verməyiblər?
- Xəbərim yoxdur. Bu gün heç televizoru açmamışam.
- Televizoru yandır, xəbərlərə baxaq, görək cəbhədən nə deyirlər.
- Bayaq qonşunun yoldaşı danışırdı ki, Azərbaycan Ordusu bütün istiqamətlərdən hücuma keçib. Çoxlu sayda ölən və əsir düşən ermənilər var. Əsir düşənlər yalvarırmış ki, bizi bura məcburən gətiriblər. “Qarabaǧ Azərbaycandır!” deyirlərmiş.
- Eh! Onlar əsir düşüblər deyə elə deyiblər. Onların harda yaxşısı varsa, onun atasına lənət.
- Onu da düz deyirsan. Xəbərlər başlayır, görək nə deyirlar. Aparıcı qızın üzünün təbəssümündən Yolçu hiss etdi ki, cabhadan şad xəbərlər var. Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov xəbər verdi ki, rəşadətli Azərbaycan Ordusu Zəngilan, Qubadlı istiqamətində bütün üstünlüyü özünda saxlayır. Yaxın saatlarda şad xəbərlər veriləcək. Erməni separatçıları həm canlı qüvvə, həm da hərbi texnikalarını itirərək qaçırlar.
- Bax, bu gözal xəbər oldu.
Aparıcı qız xəbər verir: “Ali Baş Komandan, Prezident İlham Əliyev öz tvitter səhifəsində yazıb ki, bu gün 25 oktyabr Azərbaycanın rəşadətli ordusu Qubadlı şəhərini azad etdi. Qarabaǧ Azərbaycandır!”
- Nə demək olar, alçaqların sonudur. İnşallah, bu ayın sonuna qədər müharibə qurtarar.
- Allah aǧzından eşitsin. Bütün əsgərlərimiz saǧ-salamat ailələrinə qayıtsın.
Oktyabr ayının 25-də Türkman atası Yolçuya telefon açıb danışır. Hal-əhval tutur. Sonra atasına deyir ki, ola bilsin bir neçə gün zəng edə bilmədim, məndən nigaran olmayın. Anama, bacılarıma, qonşulara məndən salam söylə.
- Oldu, özünü qoru. Allah sizi qorusun.
Ay bala, deyəsən döyüşə gedirsən. Bir qədər fikirli halda yataǧına uzandı. Yolçunun gözlərinə yuxu getmirdi. Səhəra qədər o yana-bu yana çevrildi. Səhər işıqlaşan kimi al-üzünü yuyub, çay-çörək yeyib, işə yola düşdü. Özünü pis hiss etdiyini iş yoldaşlarına bildirdi.
Kamal kişi üzünü Yolçuya tutub dedi ki, ay qonşu, uşaqdan nə xəbər var. Təzəliklə zəng edib?
- Axşam zəng etmişdi. Bir xeyli danışdıq. Dedi ki, bir neçə gün ola bilsin danışa bilmədik. Mənə elə gəlir ki, döyüşə gedirlər.
- A bala, bir yerini-yurdunu öyrənərdin. Görəydik haradadılar.
- Demir, ay Kamal dayı. Deyir ki, o haqda məndən heçnə soruşmayın. Elə mən də ona görə narahatam.
- Narahat olma, qonşu, inşallah, hər şey yaxşı olar. Gəlməyinə də bir şey qalmayıb. Nə az, nə da çox, iki ay. A bala, səbrli ol, hər şey yaxşı olar. Görürsən də əsgərlərimiz günü- gündən irəliləyir. Bir də görəcəksən televizorda Türkmanın qəhrəmanlıǧından danışırlar. Aparıcı ona sual verir ki, keçdiyin döyüş yolundan danış. Onda sənin də, Rahimə bacının da sevincinin həddi-hüdudu olmayacaq. Səbrli ol.
- Təki sən deyən kimi olsun, Kamal dayı. Onda sənə bir yaxşı qonaqlıq verəcəm.
Yolçu 29-u axşamı pis yuxu görür. Çiyninə pencəyini atıb həyətə çıxır. Xeyli fikirləşəndən sonra öz-özüna deyir ki, ola bilsin uşaq haqqında çox fikirləşirəm, ona görə yuxumu qatıb-qarışdırıram. Saata baxdı ki, 7-ə işləyib. Əlini-üzünü yuyub iş yerinə yola düşdü.
Kamal kişi Yolçunun əlindən tutub dedi ki, nə olub?
- Heç nə olmayıb, Kamal dayı. Çox pis yuxu görmüşəm.
Allah xeyrə calasın.
Yolçu gördüyü yuxunu Kamal kişiyə danışır.
- Kamal kişi üzünü Yolçuya tutub dedi ki, ay qonşu, o qədər onun fikrilə yatırsan, ona görə yuxunu qatıb qarışdırmısan. Fikir etma, səbrli ol.
- Eh… ay qonşu, ata ürəyidir, dözmür.
- Ay Yolçu, evdə Rahimənin, uşaqların yanında danışma.
Allah kömək olsun, yaxşı olar.
- Yox, Kamal dayı, danışa bilmərəm.
Yolçu axşam evə qayıdanda Rahimə soruşdu ki, uşaq zəng edibmi?
- Yox, üç gün əvvəl danışdıǧımdır.
- Televizorda təzə bir xəbər veriblərmi bu gün? Cəbhədə vəziyyət necədir görəsən?
- Dedilər ki, Qubadlıdan Laçın istiqamətinə ordumuz hücuma keçib. Laçının Güləbird kəndini azad ediblar. Ordumuzun bir harbi maşını piyada əleyhinə minaya düşüb. Allaha çox şükürlar olsun, əsgərlərimizə heç nə olmayıb.
- Allaha çox şükür!
- Eh.. ay Yolçu, vallah dözə bilmirəm. Ürəyim az qalır partlasın. Bu uşaq niyə zəng etmir, zəng etdiyi nömrələrin də heç birinə zəng çatmır. Deyir ki, telefon söndürülüb.
- Səbrli ol, ay Rahimə.
- Nə qədər səbr edək?! Dözə bilmirəm. Artıq bir həftədir uşaqdan xəbər yoxdur.
- Ay Rahimə, elə yorulmuşam, halım yoxdur, mənim yataǧımı hazırla, mən dincəlim. Səhər tezdən işə gedəcəm.
- Yerin hazırdı, dur dincəl.
Yolçu yenə yata bilmirdi. Yerində o yan, bu yana çevrilirdi. Dərd, fikir onu boǧurdu. Yenə yuxusunu qatıb-qarışdırırdı. Tezdən durub işə getdi. Saat 10 idi, telefonuna zəng gəldi.
- Alooo… Eşidirəm.
- Yolçu Vilayət oǧludur?
- Bəli.
- Sizi narahat edən Gədəbəy rayonunun Hərbi Çaǧırış və Səfərbərlik üzrə Çaǧırış Məntəqəsinin rəisi polkovnik-leytenant Eldəniz Süleymanlıdır. Sizin oǧlunuz Məmmədov Türkman Füzuli-Cəbrayıl rayonları istiqamətində gedən döyüşdə aǧır yaralanıb. Füzuli rayonunda yerləşən hərbi hospitaldadır, gedin ora.
Yolçunun əli əsir, telefonu əlindən yerə düşür. Kamal dayı, mən getdim. Uşaq yaralanıb.
- A bala, maşını yavaş sür, səbrli ol.
Yolçunun atası Vilayət amiyə komissarlıqdan zəng edib bildiriblər ki, nəvəniz Füzuli-Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə şəhid olub. Vilayət əmi Gədəbəy hərbi komissarlıǧından Bakıda yaşayan qardaşı oǧlu Elşənə zəng edib bildirdi ki, Türkman şəhid olub. Biz rayon hərbi komissarlıǧının nümayəndəsi ilə Füzuliyə gedirik. Siz də Bakıdan gəlin. Elşənlə Yolçu Bakıdan Füzuli rayonuna yola düşdülar. Onları hərbi hospitalın qarşısında “N” saylı hərbi hissanin komandir və şəxsi heyəti göz yaşları içində qarşıladı. Onlar Türkmanın keçdiyi döyüş yolundan danışdılar. Bildirdilar ki, Türkman yüzlərlə erməni separatçısını məhv edib, yüzlərlə yaralının həyata qayıtmasına yardım edib. Son döyüşda yaralı dostunu xilas edən vaxt özü aǧır qəlpə yarası alır. Şəhidlik
zirvəsinə ucalır. Türkmanın atasına, babasına öz təşəkkürlərini bildirdilər ki, siz belə mərd, cəsur övlad böyütmüsünüz. Həmin axşam şahid Türkman Məmmədovun nəşi Bakı şəhərinə yaşadıǧı Sabunçu rayonunun, Əmir Baǧırov küçəsi ev
13-ə gətirildi.
Şəhidin nəşini Sabunçu rayonunun dövlət nümayəndələri, sinif yoldaşları, rayon sakinləri Azərbaycan, Türkiyə va Pakistan bayraqlarının altından keçərək qarşıladılar.
Şəhidin nəşi dövlət nümayəndələrinin, camaatın izdihamlı müşayiəti ilə Bakıxanov qəsəbəsində yerləşən "Şəhidlər xiyabanı"nda dəfn olundu.
Türkmanın atası gələn insanlara dərdinə şərik olduqları üçün təşəkkür etdi və dedi; - Bu gün gördüm ki, şəhid tək mənim övladım deyil, xalqımın övladıdır.
Şəhidlər ölməz, Vətən bölünməz! Vətən sağ olsun !
Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB - nin və AJB - nin üzvü.