Qırğızıstanda mədəndə qaz sızması - Ölənlər var
[center]
[/center]
[/center]Qırğızıstanın Batken vilayətində yerləşən kömür mədənində baş verən qaz sızması nəticəsində iki nəfər həlak olub, daha 18 nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə Qırğızıstan FHN-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə "Batken Munay" mədənində qeydə alınıb. Xilasetmə qüvvələri təxminən 200 metr dərinlikdən həlak olmuş iki nəfərin meyitini çıxararaq hüquq-mühafizə orqanlarına təhvil verib.
Dəm qazı ilə zəhərlənmə səbəbindən 18 mədənçi rayon xəstəxanasına müraciət edib. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.