BİZ ONUNLA ÖYÜNÜR, QÜRUR DUYURUQ

Müəllim işinə və şagirdlərə olan məhəbbətini
özündə birləşdirirsə, o, kamil insandır.
Lev Tolstoy
O şəxs xoşbəxtdir ki, həyatın çətin yollarında ilişib qalmır, ağır günlərin təsiri altında sarsılıb ruhdan düşmür, özünü daxili imkanlarının qüdrətinə inanıb həmişə işıqlı sabaha can atır, qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə aparır.
Əzizova Həqiqət haqqındakı silinməz xoş xatirələr bizi institutda oxuduğumuz illərə aparır. Onun pak daxili aləmi, nurlu siması, nağıllarda olduğu kimi, xeyirxah əxlaqi keyfiyyətləri bir andaca gözlərim önündə canlanır.
Haşiyə: Əzizova Həqiqət Qüdrət qızı 1964- cü ildə Göyçay rayonunun Bığır kəndində anadan olub. Orta təhsilini də doğma kəndlərində alıb.
Həqiqət xanım hələ orta məktəbdə təhsil alarkən gələcək yolunu müəyyənləşdirmişdir. Müəllim olmaq, şagirdlərə dərs demək onun ən böyük arzusu idi. Onuncu sinifdə oxuyanda humanitar fənlərə daha çox diqqət yetirir, xüsusən filologiya fakültəsinə yaxşı hazırlaşdı. O, hələ şagird olsa da, məktəbin sayılıb - seçilən müəllimlərinə oxşamağa çalışıb.
Həqiqət sənədlərini V.İ.Lenin adın Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə verir. İmtahanlara yaxşı hazırlaşsada həyacan keçirir. İlk imtahan yazılı idi. Üç mövzudan birini birini yazır. Həyacanından ürəyi əsir. Yazıb qurtardı,son nöqtəni qoyanda dərindən nəfəs alınır. İçindən qəribə bir qürur hissi keçdi, görəsən necə olacaq? Bir neçə gündən sonra yazıdan " yaxşı" aldığını öyrənəndə sevindi, obiri imtahanlardan da yaxşı qiymət alıb instituta qəbul oldu. Bir ay önce Göyçaydan Bakıya gələndə necə kövrəlmişdisə,indi ondan qat-qat artıq sevinirdi.
Tələbəlik illəri... İmtahanlara hazırlaşmaq, yoxlama işləri onu yoxsa da, müəllim olacağını düşünəndə bu ağırlıqlar bahar küləyi kimi tez keçirdi.
Qiyabi oxuduğuna görə 1983-1988- ci illərdə tələbə olan zaman da əlinə jurnal alıb Azərbaycan dili və ədəbiyyat fənnindən dərs deyirdi.
Nəhayət, o gun gəlib çatdı. Həqiqət Əzizova gənc müəllim kimi ilk gündən özünü şagirdlərinə sevdirə bilmişdir.
Həqiqət xanım yaxşı müəllim olduğu kimi, yaxşı da anadır.
Həqiqət xanım işlədiyi kollektivdə hörmət qazanıb, müəllim və şagirdlərinin gözündə ucalıb. Həqiqət müəllimə təkcə dostların, qohumların deyil, həm də elin- obanın fəxridir. Göyçaylılar onunla oyunməyə, qürur duymağa mənəvi haqqı var. Bu haqqı o özü qazanıb.
Müdriklər demişkən," Xalq üçün, Vətən üçün yaşanan ömür əsl insan ömrüdür." Bəli insanların ömrü mənalı və şərəfli başı həmişə el içində uça olur. Onlar öz xoşbəxtliyini,səadətini varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görürlər. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, Həqiqət müəllimə də belə insanlardandır.
Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB - nin və AJB - nin üzvü.