Bakı Weather --°C
|

Azərbaycanın qızıl ixracından gəlirləri ötən il kəskin artıb

30.01.2026 11:02 | 3

[center]Azərbaycanın qızıl ixracından gəlirləri ötən il kəskin artıb[/center]
Ötən il Azərbaycan 326,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın yanvar sayında bildirilir.

Məlumata görə, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 54% və ya 114,4 milyon ABŞ dolları çoxdur.

Təkcə ötən ilin dekabr ayında isə Azərbaycan 29,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 15,9% və ya 4 milyon ABŞ dolları çoxdur.

Daha çox xəbər