Bakı Weather --°C
|

Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayırlar

07.02.2026 09:20 | 2

[center]Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayırlar[/center]
Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirində bu gün mübarizəyə başlayacaqlar.

İlk yarış günündə üç idmançı tatamiyə çıxacaq.

Balabəy Ağayev (60 kq) 1/16 final mərhələsində Kim Hvasu (Cənubi Koreya) - Fransisko Qarriqos (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Nazir Talıbov eyni raundda Migel Qaqo (Portuqaliya) - Erbol Abasbekov (Qırğızıstan), Ruslan Paşayev (hər ikisi 66 kq) Yusuf Nurkoviç (Monteneqro) - Bence Ponqrats (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.

Daha çox xəbər