Bakı Weather --°C
|

Parisə 8 cüdoçumuz gedəcək

03.02.2026 11:10 | 5

[center]Parisə 8 cüdoçumuz gedəcək[/center]
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 7–8 fevral tarixlərində Fransanın paytaxtı Parisdə Böyük Dəbilqə turniri keçiriləcək.

Azərbaycan nüfuzlu yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Slavko Tekiçin başçılığı altında 5 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq.

İki gün davam edəcək turnirdə 82 ölkədən 526 idmançı mübarizə aparacaq.

-60 kq
Balabəy Ağayev

-66 kq
Nazir Talıbov
Ruslan Paşayev

-81 kq
Zelim Tçkayev
Vüsal Qələndərzadə

-100 kq
Əjdər Bağırov

+100 kq
Uşanqi Kokauri
Kənan Nəsibov

Daha çox xəbər