Bakı Weather --°C
|

"Qalatasaray" - "Fənərbağça" oyununun başlama saatı dəyişdirilib

09.01.2026 17:34 | 2

[center]"Qalatasaray" - "Fənərbağça" oyununun başlama saatı dəyişdirilib[/center]
"Qalatasaray" və "Fənərbağça" arasında keçiriləcək Türkiyə Superkubokunun final oyununun başlama saatı dəyişdirilib.

Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Yanvarın 10-da baş tutacaq qarşılaşma qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakı vaxtı ilə saat 19:45-də start götürəcək.

Qeyd edək ki, daha əvvəl matçın saat 21:30-da başlanması nəzərdə tutulub.

Daha çox xəbər