Bakı Weather --°C
|

İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb

15.08.2026 15:43 | 9

[center]İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb[/center]
Azərbaycan paracüdoçusu İlham Zəkiyev Almaniyanın Heydelberq şəhərində keçiriləcək Avropa çempionatında finala vəsiqə qazanıb.

Bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib.

İ.Zəkiyev (J1, +95 kq) yarımfinalda Böyük Britaniyanı təmsil edən Daniel Enqlişlə üz-üzə gəlib.

Azərbaycan idmançısı rəqibini məğlub edərək finala yüksəlib.

Xatırladaq ki, ötən gün Saleh Sultanov (J1, 81 kq) yarışda bürünc medal qazanıb.

Daha çox xəbər