DÇ-2026: Dünya çempionatının qalibi müəyyənləşir
[center]
[/center]
ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatının qalibi bu gün bəlli olacaq.
DÇ-2026-nın final oyununda İspaniya Argentina ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
DÇ-2026
19 iyul
Final
23:00. İspaniya - Argentina
Baş hakim: Slavko Vinçiç
Nyu-York/Nyu-Cersi stadionu
Xatırladaq ki, daha əvvəl Fransanı 6:4 hesabı ilə məğlub edən İngiltərə seçməsi mundialda üçüncü yeri tutub.