Bakı Weather --°C
|

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

17.07.2026 09:25 | 5

[center]DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb[/center]
Futbol üzrə dünya çempionatının final oyununu idarə edəcək hakim bəlli olub.

İspaniya - Argentina matçı sloveniyalı FIFA referisi Slavko Vinçiçə tapşırılıb.

DÇ-2026-da Fransa və İngiltərə komandaları arasında keçiriləcək üçüncü yer uğrunda görüşdə isə venesuelalı Xesus Valensuela əsas söz sahibi olacaq.

Xatırladaq ki, Fransa - İngiltərə oyunu iyulun 18-dən 19-na keçən gecə, Bakı vaxtı ilə saat 01:00-da, İspaniya - Argentina matçı isə iyulun 19-da, saat 23:00-da start götürəcək.

Daha çox xəbər