Bakı Weather --°C
|

“Turan” bu gün “Gəncə” ilə qarşılaşacaq

13.04.2026 13:25 | 35

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu bu gün keçiriləcək.

Turan voleybol klubu “Gəncə” komandası ilə üz-üzə gələcək. Qarşılaşma Tovuz Olimpiya İdman Kompleksində saat 18:00-da start götürəcək.

Xatırladaq ki, ilk oyunda “Turan” rəqibini 3:0 hesabı ilə məğlub edərək üstünlük qazanıb. Bu nəticə komandaya finala yüksəlmək yolunda mühüm üstünlük verir.

Cütün qalibi finalda DH Volley ilə çempionluq uğrunda mübarizə aparacaq. Məğlub komanda isə üçüncü yer uğrunda qarşılaşmada Milli Aviasiya Akademiyası voleybol komandası ilə üz-üzə gələcək.

Reqlamentə əsasən, yarımfinal mərhələsi ev-səfər prinsipi ilə iki oyundan ibarətdir. Əgər ümumi qələbələr bərabər olarsa, qalibi müəyyən etmək üçün “qızıl set” oynanılacaq.

Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə bir oyundan ibarət olacaq.

Mənbə: Patriot News.az

Daha çox xəbər