Bakı Weather --°C
|

Biləsuvarda toyda bıçaqlanma olub

12.10.2026 09:03 | 21

[center]Biləsuvarda toyda bıçaqlanma olub[/center]
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayon ərazisində yerləşən şadlıq saraylarının birində, toy mərasimi zamanı qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu kürək nahiyəsindən bıçaqlanıb. O, rayon xəstəxanasına çatdırılıb.

Əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Ülvü Qurbanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbər