Bakı Weather --°C
|

Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb

23.09.2026 08:54 | 0

[center]Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb[/center]
Kəlbəcər yaylağından xırdabuynuzlu heyvanları daşıyan yük maşını Ağdərədə aşıb.

"Report"un Qarabağ Bürosunun xəbərinə görə, hadisə rayonun Çardaqlı kəndində baş verib.

Belə ki, 25-BK-698 dövlət qeydiyyat nişanlı, MAN markalı yük avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü xəsarət alıb, habelə avtomobildə daşınan xeyli sayda qoyun-keçi tələf olub.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbər