Bakı Weather --°C
|

Bakıda istifadəsiz tikilidə yanğın baş verib

18.08.2026 13:45 | 8

[center]Bakıda istifadəsiz tikilidə yanğın baş verib[/center]
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Daha çox xəbər