Bakı Weather --°C
|

Meyvə bağındakı hovuzda boğulub öldü

23.07.2026 18:00 | 1

[center]Meyvə bağındakı hovuzda boğulub öldü[/center]
Cəlilabad rayon sakini suvarma hovuzunda boğulub.

Hadisə rayon mərkəzində yerləşən meyvə bağında baş verib.

2005-ci il təvəllüdlü Kənan Natiq oğlu Mahmudlu suvarma hovuzunda çimərkən boğularaq ölüb.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən gəncin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbər