Bakı Weather --°C
|

Hacıqabulda açıq ərazidə yanğın başlayıb

10.06.2026 17:20 | 10

[center]Hacıqabulda açıq ərazidə yanğın başlayıb[/center]
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Hacıqabul rayonunda açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

Daha çox xəbər