Bakı Weather --°C
|

Salyanda faciə: Nazirlik işçilərini maşın vurub - ölən var

21.02.2026 09:54 | 7

[center]Salyanda faciə: Nazirlik işçilərini maşın vurub - ölən var[/center]
Salyanda yanan avtomobili söndürən Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarını maşın vurub, biri ölüb.

Səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndindən keçən hissəsində yanan “Mercedes” markalı yük avtomobilini söndürən FHN-in Salyan Yanğından Mühafizə Xidmətinin əməkdaşlarını avtomobil vurub.

Nəticədə 42 yaşlı Neftçala rayonunun Şorkənd kənd sakini Hakim Piriyev hadisə yerində ölüb. Digər əməkdaş xəstəxanaya yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır (APA).

Daha çox xəbər