Bakı Weather --°C
|

Qusardakı hoteldə meyiti tapılan şəxsin ölüm səbəbi bəlli oldu - Yenilənib

14.02.2026 18:00 | 4

[center]Qusardakı hoteldə meyiti tapılan şəxsin ölüm səbəbi bəlli oldu - Yenilənib[/center]
Qusarda yerləşən hoteldə meyit tapılıb.

Hadisə fevralın 13-ü saat 14 radələrində Çiləgir kəndində yerləşən “Chateau” hotelində baş verib.

1957-ci il təvəllüdlü Ukrayna vətəndaşı Boris Merzlyakovun meyiti hotel otağında aşkarlanıb.

Meyitin üzərində zorakılıq əlamətləri müşahidə edilməyib.

Şəxsin ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

***

B. Merzlyakovun ölüm səbəbi məlum olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Qusara istirahətə gələn əcnəbi turist kəskin ürək çatışmamazlığından dünyasını dəyişib.(Bizim.media)

Daha çox xəbər