Bakı Weather --°C
|

Peskov: Rusiya və ABŞ START üzrə məsuliyyətli mövqe tutacaqlar

06.02.2026 14:46 | 3

[center]Peskov: Rusiya və ABŞ START üzrə məsuliyyətli mövqe tutacaqlar[/center]
Əbu-Dabidə Rusiya və ABŞ nümayəndə heyətlərinin danışıqlarında Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin (START) uzadılması mövzusuna toxunulub.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.

"Rusiya ilə ABŞ START üzrə məsuliyyətli mövqe tutacaqlar və bu mövzu üzrə danışıqların tezliklə başlamasının zəruriliyini dərk edirlər", - o deyib.

START-ın qüvvədə olma müddəti fevralın 5-də başa çatıb.

Daha çox xəbər