Bakı Weather --°C
|

Tbilisidə piyada körpüsündə yanğın baş verib

02.11.2026 17:08 | 4

[center]Tbilisidə piyada körpüsündə yanğın baş verib[/center]
Gürcüstanın paytaxtı Tbilisidə Vağzal meydanı ərazisindəki piyada körpüsündə yanğın baş verib.

Yanğın körpüdə yerləşən mağazalardan birində başlayıb.

Fövqəladə Halların İdarə Olunması üzrə Xidmətdən bildirilib ki, hadisə yerinə yanğınsöndürmə-xilasetmə bölmələri cəlb edilib, alovun söndürülməsi istiqamətində işlər aparılır.

Yanğının səbəbi və xəsarət alanlar barədə məlumat hələ ki dəqiqləşdirilməyib.

Hadisə yerində 10-a yaxın yanğınsöndürmə briqadası çalışır.

Daha çox xəbər