Bakı Weather --°C
|

Peskov: Putin əl-Şaraa ilə Suriyadakı Rusiya bazalarının mövcudluğunu müzakirə edəcək

28.01.2026 14:54 | 5

[center]Peskov: Putin əl-Şaraa ilə Suriyadakı Rusiya bazalarının mövcudluğunu müzakirə edəcək[/center]
Rusiya hərbçilərinin Qamışlıdakı aerodromdan çıxarılması məsələsi Rusiya Müdafiə Nazirliyinin səlahiyyətindədir.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Vladimir Putin və Əhməd əl-Şaraa Rusiya qoşunlarının Suriyadakı mövcudluğunu müzakirə edəcəklər.

“Silahlı Qüvvələrimizin Suriya Ərəb Respublikasında yerləşdirilməsi məsələlərinə gəlincə, bu, Müdafiə Nazirliyinin səlahiyyətindədir”, - Peskov bununla bağlı Müdafiə Nazirliyinə müraciət olunmasını tövsiyə edib.

Peskov Dəməşqin Bəşər Əsədin ekstradisiyası tələbi ilə bağlı sualı da şərh etməyib.

Daha çox xəbər