Türkiyə sərhədlərin təhlükəsizliyi təmin edilənədək qoşunlarını Suriya və İraqda saxlayacaq
[center]
[/center]
Türkiyənin müdafiə naziri Yaşar Gülər bildirib ki, Türkiyə Suriya və İraqda sərhədlərin təhlükəsizliyi tam təmin edilənədək bu ölkələrdə hərbi mövcudluğunu qoruyub saxlayacaq.
Bu barədə "The Times of Israel" qəzeti AFP-yə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Ankara regional və sərhəd təhlükəsizliyi sahəsində zəruri şərtlərin yerinə yetirildiyini hesab etdikdə, Türkiyənin hərbi bazalarının statusu və regiondakı hərbi mövcudluğu yenidən nəzərdən keçiriləcək.