Bakı Weather --°C
|

Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

11.10.2026 16:00 | 16

[center]Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var[/center]
Nepalın Qorxa rayonunda qəfil daşqınlar evləri, körpüləri və infrastrukturu dağıdıb, dörd nəfər itkin düşüb.

Fəlakət 11 oktyabr səhər Budhi-Qandaki çayında qeydə alınıb.

Güclü axın bir neçə evi, iki asma piyada körpüsünü və avtomobil körpüsünü yuyub aparıb.

Bundan əlavə, daşqın Budhi-Qanda su elektrik stansiyasının tikinti sahəsinə ciddi ziyan vurub və bəzi avadanlıqları məhv edib.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparılır.

Daha çox xəbər