Donald Tramp vaxtından əvvəl Vaşinqtona qayıdıb
[center]
[/center]
ABŞ Prezidenti Donald Tramp Amerika prezidentlərinin Kemp-Deviddəki (Merilend ştatı) iqamətgahını planlaşdırılan vaxtdan bir sutka əvvəl tərk edərək Vaşinqtona qayıdıb.
Ağ Ev jurnalistləri Trampın Amerika paytaxtındakı iqamətgahına qayıtması barədə məlumat verib.
Əvvəlcədən dərc edilmiş iş qrafikinə əsasən, prezident oraya sentyabrın 20-si axşam saatlarında çatmalı idi. Ağ Ev qrafikdəki dəyişikliyi izah etməyib.
ABŞ mediası Trampın vaxtından əvvəl qayıtmasını Yaxın Şərqdəki hadisələrlə əlaqələndirir.
"The Hill" prezidentin Vaşinqtona planlaşdırılmamış qayıdışını Yəmənin "Ənsar Allah" hərəkatının Ər-Riyada endirdiyi və Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə vasitələri tərəfindən dəf edilən zərbəsi ilə əlaqələndirir.
"Fox News" isə hesab edir ki, Tramp Vaşinqtona İran hakimiyyətinin Qətər vasitəçiləri ilə müharibənin dayandırılması şərtlərini ABŞ-yə çatdırmasından və indi Amerika Prezidentinin cavabını gözləməsindən sonra qayıdıb.