Gürcüstan Prezidenti Azərbaycandakı yeni səfirlə onun missiyasının prioritetlərini müzakirə edib
[center]
[/center]
Gürcüstan Prezidenti Mixail Kavelaşvili Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfiri Giorgi Zakaraşvilini qəbul edib.
Bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, görüşdə tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın vacibliyini və ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
"Diqqət Gürcüstan və Azərbaycan arasındakı uzunmüddətli dostluq münasibətlərinə, eləcə də regionda sülh, sabitlik və iqtisadi inkişafın təşviqində iki ölkənin roluna yönəldilib", - bəyanatda qeyd olunub.
"Gürcüstan Prezidenti Giorqi Zakaraşvilini diplomatik missiyasına başlaması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb", - bildirilib.