Almaniyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
[center]
[/center]
Şimali Reyn-Vestfaliya federal torpağındakı Erkelents şəhəri yaxınlığında (Almaniya) yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.
Göyərtdə olanlardan heç kim sağ qalmayıb.
Haynsberq rayon polisinin məlumatına görə, "Cessna" təyyarəsi yerli vaxtla saat 11:20 radələrində Erkelents-Gerderat yaşayış məntəqəsinin yaxınlığındakı tarlaya düşüb. Təyyarə tamamilə dağılıb.
Ölənlər və qəzanın başvermə şəraiti barədə hələlik məlumat verilmir. Qəzanın səbəbləri araşdırılır.