Bakı Weather --°C
|

Tramp ABŞ-də Çin avtomobil zavodlarının açılmasına icazə verilə biləcəyini bildirib

13.09.2026 11:00 | 0

[center]Tramp ABŞ-də Çin avtomobil zavodlarının açılmasına icazə verilə biləcəyini bildirib[/center]
Ağ Ev lideri Donald Tramp Çinin avtomobil zavodlarının ABŞ ərazisində fəaliyyət göstərə biləcəyini istisna etməyib.

Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.

O bildirib ki, belə müəssisələrin amerikalılar üçün iş yerləri yaradacağı nəzərə alınmaqla buna qarşı deyil.

"Əgər Çin bura gəlib öz avtomobillərinin istehsalı üçün zavod açmaq istəsə, mən buna qarşı olmazdım", - deyə o əlavə edib.

Tramp nümunə kimi artıq bu modeldən istifadə edən Yaponiyanı göstərib və əsas şərti vurğulayıb: "Əsas məsələ odur ki, onlar bizim insanları işə götürürlər".

Bununla belə, Tramp başqa bir ssenariyə - Meksikada ucuz avtomobillərin istehsal edilərək daha sonra sərhəddən ABŞ-a gətirilməsinə yol verməyəcəyini bildirib.

Daha çox xəbər