Bakı Weather --°C
|

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

11.09.2026 09:25 | 2
 
ABŞ-nin Nyu-York şəhərində, Staten-Aylend ərazisində barjada baş verən partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Bu barədə "CBS News" Nyu-York Polis Departamentinə (NYPD) istinadən məlumat yayıb.
Qeyd olunub ki, hadisə yerində bir kişinin meyiti aşkarlanıb. Həlak olan şəxsin kimliyi hələlik müəyyən edilməyib.
Nyu-York Yanğınsöndürmə Departamentindən bildirilib ki, partlayışın nəticələrinin aradan qaldırılması üçün təhlükəli maddələrlə işləyən mütəxəssislər də hadisə yerinə cəlb olunub.
Partlayış nəticəsində üzərində neft məhsulları olan konteynerin yerləşdiyi barjanın üst hissəsi zədələnib. Yanğın söndürülüb, lakin fövqəladə hallar xidmətlərinin əməkdaşları hadisə yerində işlərini davam etdirirlər. Partlayışın səbəbləri araşdırılır.

Daha çox xəbər