Rusiyanın Donetskə PUA zərbəsində biri 5 yaşlı uşaq olmaqla 4 nəfər ölüb, yaralananlar var
[center]
[/center]
Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə Donetsk vilayətinə hücumu nəticəsində aralarında 5 yaşlı uşaq olmaqla azı dörd nəfər ölüb.
Bu barədə vilayət prokurorluğu “Facebook” hesabında məlumat yayıb.
Məlumata görə, biri 18 yaşlı olmaqla daha beş nəfər isə xəsarət alıb.