Bakı Weather --°C
|

Macarıstan Ali Məhkəməsinin keçmiş sədrinin prezidentliyə namizədliyi irəli sürülüb

08.08.2026 18:00 | 8

[center]Macarıstan Ali Məhkəməsinin keçmiş sədrinin prezidentliyə namizədliyi irəli sürülüb[/center]
Macarıstanın hakim "Tisa" partiyası ölkənin Ali Məhkəməsinin keçmiş rəhbəri Andraş Bakanın prezidentliyə namizədliyini irəli sürüb.

Bu barədə partiyanın parlament fraksiyası bildirib.

Bakanın avqustun 11-i bu vəzifəyə seçiləcəyi gözlənilir.

Prezident Tamaş Sulyokun səlahiyyət müddəti iyulun 20-də başa çatıb. Macarıstan Konstitusiyasına uyğun olaraq, parlament prezidentin mandatı bitdikdən sonra 30 gün ərzində yeni dövlət başçısını seçməlidir.

Səsvermənin avqustun 11-də keçiriləcəyi təqdirdə, yeni prezident avqustun 19-da vəzifəsinin icrasına başlaya biləcək.

Daha çox xəbər