Bakı Weather --°C
|

Yeni Zelandiyanın paytaxtında 15 ildə ilk dəfə qar yağıb

05.08.2026 18:30 | 6

[center]Yeni Zelandiyanın paytaxtında 15 ildə ilk dəfə qar yağıb[/center]
Vellinqtonda (Yeni Zelandiyanın paytaxtı) Antarktidadan gələn soyuq hava kütləsi səbəbindən 15 ildə ilk dəfə qar yağıb.

Bu barədə "The Guardian" məlumat yayıb.

Qeyd olunub ki, soyuq hava kütləsi avqustun 4-ü ölkəyə daxil olub, şaxta, qar, dolu və güclü soyuq küləyə səbəb olub. Avqustun 5-i səhər Cənub adasında üç yaşayış məntəqəsində temperatur -9 dərəcəyə qədər düşüb.

"MetService" meteoroloji xidmətinin proqnozlarına görə, avqustun 5-i temperatur yüksəlməli, lakin gecə yenidən kəskin şəkildə aşağı düşməlidir. avqustun 6-si səhər ölkənin bəzi bölgələrində bu ilin ən aşağı temperaturu gözlənilir.

Milli enerji sistemi operatoru "Transpower" bildirib ki, avqustun 5-i səhər elektrik enerjisi istehlakı pik yüklənmə saatlarında rekord həddə çatıb. Şirkət avqustun 6-si səhər elektrik enerjisinin çatışmazlığının mümkünlüyü barədə xəbərdarlıq edib.

Daha çox xəbər