Bakı Weather --°C
|

Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib

17.07.2026 09:11 | 4

[center]Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib[/center]
Çin heç vaxt ABŞ-dəki prezident seçkilərinin nəticələrinə təsir göstərməyə cəhd etməyib və gələcəkdə də etmək niyyətində deyil.

Bunu Çinin Vaşinqtondakı Səfirliyi bildirib.

"Çin həmişə digər ölkələrin daxili işlərinə müdaxilə etməmək prinsipinə sadiq qalıb", - diplomatik missiya vurğulayıb.

Səfirlik ABŞ-dəki seçkilərinin ölkənin daxili işi olduğunu və nəticələrinin Amerika xalqı tərəfindən müəyyən edildiyini vurğulayıb. Diplomatlar Pekinin ABŞ-dəki prezident seçkilərinə təsir göstərdiyinə dair iddiaları rədd ediblər.

Ağ Ev rəhbəri Donald Tramp daha əvvəl iddia edib ki, Çin 2020-ci ildə təxminən 220 milyon amerikalı seçicinin məlumatlarına icazəsiz giriş əldə edib.

Daha çox xəbər