Bakı Weather --°C
|

Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb

16.07.2026 09:45 | 1

[center]Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb[/center]
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətinə pilotsuz uçuş aparatı (PUA) ilə endirdiyi zərbələr nəticəsində 5 nəfər yaralanıb.

Bu barədə "İnterfaks" regional əməliyyat qərərgahına istinadən məlumat yayıb.

"Bu gecə Şebekino şəhərində FPV-dronun partlaması zamanı 3 nəfər xəsarət alıb. Onlar Şebekino Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar", - məlumatda qeyd olunub.

Bundan əlavə, avtomobilə PUA ilə endirilən zərbə nəticəsində 2 nəfərin yaralandığı qeyd olunub.

Daha çox xəbər