Bakı Weather --°C
|

Vadeful: Almaniya və Fransa Livanla bağlı ortaq siyasət hazırlamaq niyyətindədir

11.07.2026 19:00 | 2

[center]Vadeful: Almaniya və Fransa Livanla bağlı ortaq siyasət hazırlamaq niyyətindədir[/center]
Almaniya və Fransa Livandakı vəziyyətin nizamlanması üzrə birgə təşəbbüslə çıxış etmək niyyətindədir.

Bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful "Tagesspiegel" qəzetinə müsahibəsində bildirib.

"Biz Yaxın Şərqdə sülhün bərqərar olması üzrə şansları artırmaq üçün Fransa ilə birlikdə Livanla bağlı ortaq siyasət hazırlamaq istəyirik", - o qeyd edib.

Bununla belə, Y.Vadeful təşəbbüsün detallarını dəqiqləşdirməyib.

Daha əvvəl, iyunun sonlarında Livan və İsrail nümayəndələri Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə münaqişənin nizamlanmasına dair çərçivə sazişi imzalayıblar.

Daha çox xəbər