İsveç Ukraynaya əlavə 16 Gripen qırıcısını təmənnasız verəcək
[center]
[/center]
İsveç Ukraynaya əvvəl elan edilən 16 deyil, ümumilikdə 32 Gripen qırıcısı təqdim edəcək.
Bunu İsveçin Baş naziri Ulf Kristersson NATO sammitində çıxışı zamanı bildirib.
"Biz 16 ədəd Gripen E qırıcısının tədarükünə dair saziş imzalamışıq. Eyni zamanda əvvəlki nəsildən olan daha 16 işlənmiş Gripen qırıcısını Ukraynaya ödənişsiz təqdim edəcəyik", – Kristersson bildirib.
Beləliklə, İsveç Ukraynaya ümumilikdə 32 Gripen qırıcısı ayıracaq. Bunlardan 16-sı yeni nəsil Gripen E təyyarələri, digər 16-sı isə əvvəlki nəsildən olan işlənmiş qırıcılardır.