Bakı Weather --°C
|

Bruklində atışma zamanı dördü uşaq olmaqla, səkkiz nəfər xəsarət alıb

05.07.2026 11:00 | 2

[center]Bruklində atışma zamanı dördü uşaq olmaqla, səkkiz nəfər xəsarət alıb[/center]
ABŞ-nin Müstəqillik Gününün qeyd olunması zamanı Bruklində (Nyu-York) baş verən atışmada səkkiz nəfər yaralanıb.

Bu barədə "The New York Post" nəşri mənbələrə istinadən məlumat yayıb.

"Axşam saatlarında Bruklində pirotexnika şousunu izləyərkən dördü uşaq olmaqla, səkkiz nəfər atışma zamanı yaralanıb", - deyə nəşr qeyd edir.

Dəqiqləşdirilib ki, atışma Koni-Aylenddə, atəşfəşanlıq şousunun planlaşdırıldığı sahilin yaxınlığında baş verib.

Nəşrin məlumatına görə, zərərçəkənlərdən yeddisinin vəziyyəti stabil qiymətləndirilir, daha bir nəfərin həyatı üçün təhlükə var.

Faktla bağlı araşdırma başlanılıb. Şübhəlilər və ya cinayətin motivləri barədə məlumat yoxdur.

Daha çox xəbər