Kirmanşahda atışma baş verib, iki SEPAH hərbçisi öldürülüb
[center]
[/center]
İranın Kirmanşah vilayətinin Pavə şəhərində baş verən atışmada İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki hərbçisi həlak olub.
SEPAH-ın bu barədə bəyanatını IRIB yayıb.
Bildirilib ki, gecə saatlarında həyata keçirilən hücumda iki hərbçi ölüb, daha iki nəfər isə yaralanıb. Korpus atışmanı terror hücumu kimi dəyərləndirib.
Hadisənin dəqiq təfərrüatları bəlli deyil.