Bakı Weather --°C
|

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün heyət həlak olub

10.06.2026 15:45 | 11

[center]Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün heyət həlak olub[/center]
Pakistanda ordu aviasiyasının "Mi-17" helikopteri qəzaya uğrayıb, göyərtədəki bütün şəxslər həlak olub.

Bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası Xidmətinin (ISPR) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə iyunun 10-da Müzəffərabad yaxınlığında baş verib. İlkin olaraq müəyyən edilib ki, helikopter texniki nasazlıq səbəbindən havaya qalxarkən qəzaya uğrayıb.

"Göyərtədəki bütün şəxslər həlak olub. Sağ qalan yoxdur", - bəyanatda qeyd olunub.

Aviaqəzanın təfərrüatları aydınlaşdırılır.

Daha çox xəbər