Əbu-Dabidə raketin qalıqlarının düşməsi nəticəsində Pakistan vətəndaşı ölüb
[center]
[/center]
Pakistan vətəndaşı Əbu-Dabinin Bəni-Yas rayonunda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan ballistik raketin qalıqlarının düşməsi nəticəsində həlak olub.
Bu barədə BƏƏ hökumətinin mətbuat xidmətinin sosial şəbəkələrdəki məlumatında bildirilib.
"Əbu-Dabinin səlahiyyətli xidmətləri hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan ballistik raketin qalıqlarının Bəni-Yas rayonuna düşməsi nəticəsində baş verən hadisəyə reaksiya verib", - məlumatda qeyd olunur.