Bakı Weather --°C
|

İsrail ordusu Livanda quru əməliyyatlarına başlayıb

16.03.2026 10:55 | 1

[center]İsrail ordusu Livanda quru əməliyyatlarına başlayıb[/center]
İsrail ordusu Hizbullaha qarşı Livanda quru əməliyyatlarına başlayıb.

Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumata görə, İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Hizbullaha qarşı məhdud quru əməliyyatlarına başlayıb.

İsrail Müdafiə Qüvvələri qoşunların əraziyə yeridilməsindən əvvəl “təhdidləri aradan qaldırmaq” üçün kütləvi hava hücumları və artilleriya atəşi həyata keçirdiyini bildirib.

Qeyd edilib ki, İsrail Müdafiə Qüvvələri Hizbullaha qarşı qətiyyətlə hərəkət edəcək.

Daha çox xəbər